MSK ilə çəkişmə davam edir

msk-ile-cekisme-davam-edir
Oxunma sayı: 653

İddiaçı Akif Qurbanovun vəkili Xalid Bağırovun dediyinə görə, proses Ali Məhkəmənin qərarından sonra yenidən 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsində davam etdirilib: “Məhkəmə iddiaçı Akif Qurbanovun və MSK-nı təmsil edən Ramiz İbrahimovun izahatları ilə başlayıb. İddiaçının nümayəndəsi X.Bağırov vəsatət verərək, MSK üzvü Mikayıl Rəhimovun və "Ümid" partiyasının üçüncü şəxs qismində işə cəlb olunmasını, VHP-nin nümayəndəsinin şahid qismində dindirilməsini tələb edib.
Təbii ki, o, vəsatətini əsaslandırıb. İddiaçı qeyd edib ki, DSK-dakı yerlərin ədalətsiz bölgüsü nəticəsində "Ümid” partiyasının mənafeyi pozulub. Bu səbəbdən həmin partiyada mübahisəyə maraqlı şəxs kimi cəlb olunmalıdır. Vəsatətlərin müzakirəsi növbəti iclasa saxlanılıb”.

Müxbirimizin “MSK-nın haqsız olduğunu göstərən başqa faktlar ortaya çıxdımı” sualına Xaliq Bağırov belə cavab verib: “Məhkəmənin gedişində məlum oldu ki, MSK yuxarıda qeyd olunan qərarları qəbul edilərkən bir sıra hüquq pozuntusuna yol verib. Belə ki, qanunda DSK-nın azlıqda olan nümayəndələrini MSK-nın Milli Məclisdə azlıqda olan partiyalarını təmsil edən üzvləri təqdim etməlidirlər. Bu, seçki Məcəlləsinin 30.2-ci maddəsinin tələbidir. Lakin həmin DSK üzvlərini MSK-nın iclasına bir nəfər - M.Rəhimov təqdim edib. M.Rəhimov bu siyahını təqdim edərkən bir hissəsini Akif Qurbanovla razılaşdırsa da, Naxçıvan MR-da yerləşən DSK-lara aid hissəsini razılaşdırmayıb. Bildirib ki, həmin DSK -lara nümayəndələri A.Qurbanov gec təqdim edib. Akif Qurbanov isə bütün dairələr üzrə nümayəndələri eyni vaxtda təqdim edib.
MSK- tərəfindən yol verilən digər pozuntu isə M.Rəhimov tərəfindən DSK-lara onların nümayəndələri təqdim edildikdən sonra, Naxçıvan DSK-ları ilə bağlı problemin olduğunu, Akif Qurbanovun etiraz etdiyini bildiyi halda, bütün dairələri eyni vaxtda səsverməyə çıxarmasıdır. Bunu etməməli idi. Mübahisəli dairələr məsələsi ayrıca müzakirə edilib, qərar qəbul edilməli idi.

Sonda qeyd edək ki, məhkəmə prosesində növbəti iclas aprelin 20-də, 2 saylı İnzibati – İqtisad məhkəməsində davam edəcək.

Musavat.com