Dördüncü uşaqları oldu - Foto

dorduncu-usaqlari-oldu
Oxunma sayı: 1188

Məşhur ispan müğənni Enrike İqlesiasla rusiyalı keçmiş tennisçi və model Anna Kurnikova dördüncü dəfə valideyn olublar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kurnikova instaqram hesabında körpənin şəklini paylaşaraq məlumat yayıb.

“Mənim günəşim, 17 dekabr 2025-ci il”, - Kurnikova yazıb.

Yeni doğulmuş körpənin cinsi və adı hələlik açıqlanmır.

Xatırladaq ki, 50 yaşlı İqlesias və 44 yaşlı Kurnikova hələ 2001-ci ildə görüşməyə başlayıblar. Onlar sənətçinin klip çəkilişlərinin birində tanış olublar.

Cütlüyün 2017-ci ildə Nikolas və Lüsi adlı əkizləri, 2020-ci ildə isə Meri adlı qızları dünyaya gəlib.