Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə dekabrın 22-si “Fenomenal liderlik və strateji qərarvermə nümunəsi: Azərbaycanın uğur formulunun mərkəzində Prezident İlham Əliyev faktoru” mövsusunda tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, geniş rayon ictimaiyyəti, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai təşkilatların nümayəndələri və gənclər iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk öncə Prezident İlham Əliyevin tarixi fəaliyyəti nəticəsində ölkəmizdə əldə olunan möhtəşəm uğurları əks etdirən videoçarx nümayiş olunub.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov, Könül Nurullayeva və Naqif Həmzəyev, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov, eləcə də YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək, fenomenal liderlik və strateji qərarvermə bacarığı sayəsində ölkəmizi sülh və sabitlik məkanına çevirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünya siyasi arenasında qətiyyətli addımlarla irəliləyən, yüksək nüfuza və söz sahibinə çevrilmiş daha güclü Azərbaycan naminə apardığı müdrik siyasətdən danışıblar.
Çıxışlarda əldə olunan parlaq uğurlar, misilsiz tarixi nailiyyətlər xüsusi vurğulanıb.
Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin ideyalarını və dövlətçilik siyasətini müasir dövrdə böyük uğurla həyata keçirən layiqli davamçı Prezidentə dərin ehtiram və sonsuz minnətdarlıqlarını ifadə edərək doğum günü münasibətilə təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı, xalqımız və dövlətimiz naminə həyata keçirdiyi möhtəşəm tarixi fəaliyyətində yeni-yeni uğurlar və qələbələr arzulayıblar.
Son xəbərlər
Son Xəbərlər