Məşhur britaniyalı anonim küçə rəssamı Benksinin (Banksy) yeni əsərini instaqram hesabında təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, əsər Londonun qərbindəki Beysvoterdə peyda olub.
Şəkildə yerdə uzanan, yağış çəkmələri, paltoları və qış şlyapaları geyinmiş iki uşaq təsvir olunub, onlardan biri səmanı işarə edir.
Britaniyalı rəssam Daniel Lloyd Morqan BBC-yə bildirib ki, yer evsiz uşaqları məsələsini vurğulamaq üçün seçilib.
“Hər kəs yaxşı vaxt keçirir, amma Miladda yaxşı vaxt keçirməyən çoxlu uşaq var”, - deyə o qeyd edib.
Qeyd edək ki, Benksi şəxsiyyəti ictimaiyyətə məlum olmayan britaniyalı rəssamın ləqəbidir. O, dünyanın ən məşhur küçə rəssamlarından biri hesab olunur. Əsərləri isə milyonlarla dollara satılır.

Son xəbərlər
Son Xəbərlər