Müsavatın qurultayı nə vaxta qaldı?

musavatin-qurultayi-ne-vaxta-qaldi
Oxunma sayı: 651

Bunu “Qafqazinfo”ya açıqlamasında Müsavat Partiyasının Məclis sədri Arzu Səmədbəyli deyib. Onun sözlərinə görə, maneələr bununla bitmir: “Hakimiyyətin digər maneəsi də partiyanın Sumqayıt təşkilatının qərargahsız qalmağıdır. Artıq iki aydır ki, səbəbsiz yerə qərargahın qapısına möhür vurulub və içəri daxil olmaq olmur. Həmçinin polislər digər rayon təşkilatlarında da konfransların keçirilməyinə mane olur”.

Qurultayın nə vaxt və harada keçiriləcəyinə gəlincə isə, Arzu Səmədbəyli bildirib ki, bu, hələ ki, məlum deyil: “Hazırda konfranslar keçirilir. Onlar başa çatdıqdan sonra Məclisdə toplanacaq və qurultayın keçiriləcəyi yer, gün və saatla bağlı qərar qəbul olunacaq”.

Fatimə Kərimli