Müsəlmanları təhqir edən filmin prodüseri 1 illik həbs olundu

muselmanlari-tehqir-eden-filmin-produseri-1-illik-hebs-olundu
Oxunma sayı: 642

“Lenta.ru” portalının məlumatına görə, o, şərti həbs cəzası qaydalarını pozmaqda təqsirli bilinib.

Mark Bessli Yusif 2011-ci ildə dələduzluq ittihamı ilə 21 ay həbs cəzası alıb. 2012-ci ilin iyun ayında vaxtından əvvəl azadlığa buraxılan misirli kop xristian internetdən istifadə və polisin icazəsi olmadan təxəllüs götürmək hüququndan məhrum edilsə də, bu şərti pozub. Sentyabr ayında onun Nakula Bessli Nakula təxəllüsü ilə hazırladığı “Müsəlmanların məsumluğu” filmindən fraqmentlər yayılıb. İnternetdə yayılmış bu filmdə islam peyğəmbəri təhqir olunduğundan müsəlman aləmində kəskin etiraz aksiyaları keçirilib./mediaforum.az/