Nar Mobile Beynəlxalq Qida Sənayesi Sərgisinin Kommunikasiya Tərəfdaşı olub

nar-mobile-beynelxalq-qida-senayesi-sergisinin-kommunikasiya-terefdasi-olub
Oxunma sayı: 633

Nar Mobile-dən “Qafqazinfo”ya verilən məlumata görə, bu il Qida Sənayesi sərgisində dünyanın 24 ölkəsindən, o cümlədən Azərbaycan, Almaniya, Qazaxıstan, Litva, Türkiyə və digər ölkələrdən 120 şirkət iştirak edib. Sərginin ekspozisiyasını ət və quş əti, konservləşdirilmiş məhsullar, dondurma, baqqaliyyə məhsulları, inqrediyentlər, soyutma sistemləri, qənnadı məmulatları, içkilər, qida sənayesinin müxtəlif istiqamətləri, laboratoriya analizi üçün avadanlıqlar və s. təşkil edib.

“Nar Mobile, İTECA Caspian ilə tərəfdaşlıq razılaşmasına uyğun olaraq artıq bir neçə ildir ki, davamlı olaraq “Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan bütün sərgi və konfranslarda kommunikasiya dəstəyini göstərir. Bu günlərdə də şirkətimiz növbəti dəfə Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinə dəstək olub. Biz hər zaman ölkəmiz üçün əhəmiyyət kəsb edən tədbirlərin uğurlu keçməsi üçün səylərimizi əsirgəmirik” – deyə Azerfon şirkətinin Biznesin İnkişafı və Kommunikasiyalar üzrə İcraçı Direktoru Leyla Nəsrullayeva bildirib.

Qeyd edək ki, “Iteca Caspian” Xəzər regionunda mühüm sərgi və konfransların təşkilatçısı olan ən nüfuzlu qurumdur. Sərgilər Neft və Qaz, Tikinti, Telekommunikasiya və İnformasiya Texnologiyaları, Mühafizə və Təhlükəsizlik, Qida sənayesi, Mehmanxana sənayesi və digər mövzuları əhatə edir. Nar Mobile artıq 2 ildən artıqdır ki, davamlı olaraq sərgilərə öz kommunikasiya dəstəyini göstərir.

Nar Mobile brendi ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir .

Nigar Məmmədli