Naxçıvanda 1678 uyğunluq sertifikatı verilib

naxcivanda-1678-uygunluq-sertifikati-verilib
Oxunma sayı: 786


“Qafqazinfo”nun xəbərinə görə, Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “AzərTAc”a bildirilib ki, bunlardan 355 ədədi istehsal olunan məhsullara, 1323 ədədi xaricdən gətirilən məhsullara aiddir. Sertifikatların 289-u milli, 307-si dövlətlərarası, 1042-si beynəlxalq standartlara, 32-si təhlükəsizlik göstəricilərinə, 8-i müəssisələr tərəfindən hazırlanmış texniki şərtlərə uyğun olaraq verilib.

Bildirilib ki, sertifikatların 39-u kənd təsərrüfatı məhsullarına, 15-i rabitə vasitələrinə, 70-i avtomaşın ehtiyat hissələrinə, 3-ü qaz təsərrüfatında istifadə olunan sayğaclara, 1-i qaz tənzimləyicisinə, 4-ü elektrik və 6-sı qaz qızdırıcılarına aiddir. Bu müddətdə 64 müəssisəyə istehsal etdiyi sabit keyfiyyətli 137 adda məhsulu “AZS Milli Uyğunluq Nişanı” ilə nişanlamaq hüququ verilib. Eyni zamanda 2500 kiloqram xammalın istifadəsinə qadağa qoyulub.