Nəcməddin Sadıkov İsrailə səfərə gedib

necmeddin-sadikov-israile-sefere-gedib
Oxunma sayı: 1310

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov israilli həmkarı general-leytenant Qadi Ayzenkotun dəvəti ilə oktyabrın 23-də Tel-Əviv şəhərinə yola düşüb.

"Qafqazinfo" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, rəsmi səfər çərçivəsində general-polkovnikin İsrailin Müdafiə naziri, Baş Qərargah rəisi və digər rəsmi şəxslərlə görüşü, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi nəzərdə tutulub.