Nisə Qasımova sükutu pozdu

nise-qasimova-sukutu-pozdu
Oxunma sayı: 1099

Uzun müddətdir ki, fəaliyyətinə ara verən xalq artisti Nisə Qasımova “Ana” adlı yeni mahnısını təqdim edərək sükutu pozub.

“Qafqazinfo” xəbər verir ki, əsərin musiqisi Sevinc Tofiqqızına, sözləri millət vəkili Qənirə Paşayevaya məxsusdur.

N.Qasımova açıqlamasında yeni işi ilə bağlı fikrini bölüşüb:

“Sevinc Tofiqqızının mahnılarını dinləyir, bəyənirdim. Eyni zamanda da Qənirə Paşayevanın şeirini öz dilindən eşitmək dünyama təsir etdi. Ana haqqında olan şeirlər, mahnılar şah əsəridir. Biz üçümüz səmimi görüş keçirdik, Qənirə xanım şeirini dedi. “Ana” şeirini çox bəyəndim.

Dedim ki, bu, mənlikdir. Dərin fəlsəfəsi var. Çoxdandır “Ana” haqqında mahnı istəyirdim. Amma xoşuma gələni olmurdu. Oxudum, amma hələ də öz ifam ürəyimcə deyil”.