Norveçdə qətliam

norvecde-qetliam
Oxunma sayı: 683

Norveç polisi Utoyadakı hücumu həyata keçirən şəxsin şəxsiyyətini müəyyən edə bilib. Həmin şəxs 32 yaşlı Norveç vətəndaşıdır. Əməliyyat tədbirləri nəticəsində şübhəli polis tərəfindən saxlanılıb. Yerli kütləvi informasiya vasitələri düşərgədəki hücumu həyata keçirən şəxsin sağçı ekstremistlərlə bağlılığını iddia edir. Hüquq-mühafizə orqanlarının nümayəndələrinin sözlərinə görə, həmin şəxsin əlamətləri ilə partlayış baş verən ana qədər Osloda hökumət binasının yerləşdiyi kvartalda olmuş şübhəli “polis”in əlamətləri uyğun gəlir və hal-hazırda baş vermiş hadisələrlə bağlı əsas şübhəli hesab olunur.
Adada axtarış zamanı partlalamış bomba aşkar edilib.

Təhlükəsizlik Şurasının təcili iclasında Baş nazir Yens Stoltenberq vəziyyətin ciddi olduğunu bildirib. Bu gün hökumət başçısı Utoya adasına baş çəkəcək. Təşkil etdiyi mətbuat konfransında Baş nazir baş vermiş hadisələrə cavab olaraq ölkədə "daha çox demokratiya" olacağına söz verib. "Bu gün Norveç iki qanlı və alçaq hücuma məruz qalıb. Biz bu hücumların arxasında kimlərin dudduğunu bilmirik. Günahsız insanlar ölüb. Bunu kim edir etsin, bilsin ki, siz bizi məhv edə bilməyəcəksiniz. Siz bizim demokratiya və idealarımızı məhv edə bilməyəcəksiniz. Biz əlimizdən gələni edəcəyik və bu hücumların arxasında kimlərin durduğunu öyrəcənəyik”-deyə o, bildirib.

Birləşmiş Ştatlar prezidenti Barak Obama isə Norveçdə baş vermiş insidentlərlə əlaqədar Norveç xalqına başsağlığı verib. ABŞ prezidenti həmçinin bütün olanların araşdırılması istiqamətində ABŞ-ın Osloya yardım göstərməyə hazır olduğunu da bildirib.