Növbə din adamlarına çatdı

novbe-din-adamlarina-catdi
Oxunma sayı: 634

Növbə din adamlarına da çatıb. Ellada provaslav kilsəsinin dini qulluqçularının maaşı 10% azaldılacaq. Yunanıstanda din adamının aylıq orta maaşı 1000 avrodur. Dövlətin himayəsində 10 min nəfər dini qulluqçu var. Onların saxlama xərci dövlət büdcəsinə ildə 190 milyon avroya başa gəlir. Yunanıstanın hazırki vəziyyəti bu məbləği ödəməyə imkan vermir.

Kilsə qulluqçularının sayının azaldılması da planlaşdırılır. Pensiyaya göndərilən on keşişin əvəzinə 1 nəfərə maaş ödəniləcək. Yunanıstanda 60 il əvvəl əvvəl bağlanmış müqaviləyə görə, kilsə əmlakının böyük hissəsindən dövlət xeyrinə imtina edib. Bunun əvəzində Yunanıstanda dini vəzifə daşıyan şəxslərə dövlət maaş ödəyir.

azadliq.info