Nyu-York Moda Həftəsində “Xarı bülbül”ün nümayişi - Fotolar

nyu-york-moda-heftesinde-xari-bulbulun-numayisi
Oxunma sayı: 4491

Azərbaycanlı dizayner Rüfət İsmayıl Nyu-York Moda Həftəsi çərçivəsində “Xarı bülbül” adlı yeni dəb kolleksiyasını təqdim edib.

“Qafqazinfo”nun məlumatına görə, “Xarı bülbül” mövzusunda olan bu kolleksiyanı yaratmağa dizayneri Azərbaycanın Qarabağ bölgəsində bitən xarı bülbül çiçəyi ruhlandırıb.

Təqdimatın xüsusi qonağı, Nyu-Yorka yaxın dostuna dəstək olmağa gedən, Xalq artisti Aygün Kazımova olub.

Dəfilədə Türkiyədə uğur qazannmış azərbaycanlı model Günay Musayeva da iştirak edib.

Dəb şousunu Türkiyə estradasının ulduzu Ayşə Hatun Onal bağlayıb. O, podiuma xarı bülbül gülündən ilhamlanaraq hazırlanan libasda çıxıb.

Qeyd edək ki, bu, Rüfət İsmayıl Nyu-York Moda Həftəsində üçüncü iştirakıdır.