O, “Bozbash pictures”dən getdi - Açıqlama

o-bozbash-picturesden-getdi
Oxunma sayı: 2769

Rejissor Emil Abdullayev “Bozbash pictures” komandası ilə yollarını ayırıb.“Qafqazinfo”nun axşam.az-a istinadən məlumatına görə, rejissor bildirib ki, bundan sonra həm serial sahəsində özünü sınayacaq, həm də başqa filmlər çəkəcək.

Aktyor İlkin Həsəni məsələyə münasibət bildirib. İlkin deyib ki, yeni rejissorla işbirliyinə başlamağı planlaşdırırlar:

“Ay Brilliant” filmimizdə rejissor Kənan M.M-lə, “Axırıncı yol” və “Stalinin başı”nda Emillə çalışdıq. İşbirliyi quranda kiminləsə ömürlük müqavilə bağlamırsan ki... İnsanların seçimləri azaddır. Növbəti filmimizi başqa bir rejissorla çəkmək, fərqlilik etmək istədik”.

İ.Həsəni işbirliyinin bitməsinin onların dostluğuna təsir etmədiyini söyləyib:

“Emil mənim kiçik qardaşım, dostumdur. İstəyirik stilimizi dəyişək. Ona görə də başqa rejissorla çalışmalıyıq”.

Aktyor avqustdan yeni filmlərinin çəkilişlərinə start verəcəklərini bildirib:

“Hazırda ssenari işlərini tamamlamaq üzrəyik. Yenə də komediya janrında maraqlı bir film lentə alacağıq”.

Qeyd edək ki, E.Abdullayevin "Bozbash pictures"lə yollarını ayırmasını "ölkə.az" saytı yayıb. Rejissor açıqlamasında bunları deyib:

“Əminəm ki, "Bozbaş pictures" öz uğurlu film silsiləsini davam etdirəcək. Amma artıq mən komandada olmayacam. Dostluq münasibətləri təbii ki, öz yerində qalır, amma iş məsələsində yollarımızı ayırmışıq”.