“Onu dinləyəndə yuxuya getdim” - Trampdan Obamaya cavab

onu-dinleyende-yuxuya-getdim
Oxunma sayı: 2346

ABŞ prezidenti Donald Tramp eks həmkarı Barak Obamanın İllinoys Universitetində çıxışını dinlədiyi zaman yuxuya getdiyini deyib.

“Qafqazinfo” “The Hill”ə istinadən xəbər verir ki, Tramp onun hazırkı siyasətini tənqid edən Obamanın nitqini yatmaq üçün əla vasitə adlandırıb:

“Mən onun nitqinə qulaq asırdım, ancaq yuxuya getmişəm. O, (Obama) çox yaxşıdır – yatmaq üçün çox yaxşıdır”.

Tramp əlavə edib ki, 2016-cı ildə seçkilərdə demokratlar qalib gəlsəydi, ABŞ-ın ümumdaxili məhsulun azalmasına gətirib çıxarardı. 

Xatırladaq ki, Obama çıxışında noyabrda Konqres seçkilərində “ABŞ-ı Trampdan qurtarmağ”a çağırmışdı.