PA işçiləri üçün yeni bina gələn ilin payızında istifadəyə veriləcək - Yenilənib

pa-iscileri-ucun-yeni-bina-gelen-ilin-payizinda-istifadeye-verilecek
Oxunma sayı: 9001

Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyasının işçiləri üçün yeni 6 girişli, 20 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib.

"Qafqazinfo" xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.

Tikintiyə icazə aprelin 12-də verilib. 

Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.

Binanın tikintisini “Kontinent İnşaat” MMC həyata keçirəcək.

***

Yaşayış kompleksinin gələn ilin payızında istifadəyə verilməsi nəzərdə tutulub.