Papanın şeytan ayini

papanin-seytan-ayini-
Oxunma sayı: 645

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Roma Papasının iki dəfə şeytan çıxarma ayini həyata keçirdiyi deyilir. Məşhur şeytan qovucu rahib kimi tanınan Qabriele Amorthun yazdığı “Son Ovsunçu – Mənim şeytanla mübarizəm” ("The Last Exorcist - My Fight Against Satan") adlı kitabında 16-cı Benediktin 4 nəfəri şeytandan azad etdiyini irəli sürüb.

Kitabda yazılır ki, Papanın 2009-cu ildə həftəli xalqa açıq ayinlər zaman ön sıralarda ağızlarında tüpürcək axan 4 nəfər Papanı ələ salıb. Ayin sona çatanda isə Papa həmin şəxsləri şeytandan azad edib.

Rəsmi Vatikan isə kitabda yazılan məlumatları təkzib edib.

Səidə