Penitensiar Xidmətin maşını qəzaya düşdü

penitensiar-xidmetin-masini-qezaya-dusdu
Oxunma sayı: 652

Bakıda Penitensiar Xidmətə məxsus minik avtomobili qəzaya düşüb. 

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. Xidmətə məxsus "Chevrolet Niva" ilə Türkiyə vətəndaşının idarə etdiyi "Wolksfagen Tiguan" toqquşub. Xoşbəxtlikdən xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır.