Piyada xətti ilə keçən 4 nəfər vuruldu, 1-i öldü

piyada-xetti-ile-kecen-4-nefer-vuruldu-1-i-oldu
Oxunma sayı: 636

Dünən Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə aprelin 25-də saat 8 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində qeydə alınıb.

Xaçmaz rayon sakini İlkin Feyzullayev idarə etdiyi “BMW” markalı avtomobillə piyada zolağı ilə yolu keçən Bakı şəhər sakinləri Rafiq Rzayevi, Dəyanət Ağazadəni, qardaşı İlhamı və Lənkəran şəhər sakini Tamaşa Cəbrayılovanı vurub. 

Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, T.Cəbrayılova orada ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Murad Əhməd