Polis 15 avtoşu saxladı - Fotolar

polis-15-avtosu-saxladi
Oxunma sayı: 2938

Quba rayonunda 15 avtoxuliqan saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, sürücülər əvvəlcədən sosial şəbəkədə çağırış edərək Qəçrəş qəsəbəsinə gedən yolda yarış keçirməyi təklif ediblər.

Bu təklifi qəbul edən şəxslər təyin olunan saatda həmin yola gələrək müxtəlif  “tryuk”lar göstərməyə başlayıblar. Nəticədə “VAZ 2105” markalı avtomobilin sürücüsü qəza da törədib.

Yol polisi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 15 avtoş saxlanılıb. Onlar barəsində iş məhkəməyə göndırilib.

Emin Kərimov