Polis avtoxuliqanlığı təbliğ edən “Ağdamlı Faiq”i tapdı

polis-avtoxuliqanligi-teblig-eden-agdamli-faiqi-tapdi
Oxunma sayı: 8041

Sosial şəbəkələrdə avtoxuliqanlıq edərək canlı yayıma çıxan “Ağdamlı Faiq” tapılıb.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə ilə bağlı Ağdam rayon Yol Polisi Şöbəsindən Avtosfer.az-a bildiriblər ki, sözügedən şəxslə bağlı məlumat efirə gedəndən 10 dəqiqə sonra həmin şəxs aşkarlanıb. Onun barəsində toplanmış materiallar Ağdam rayon məhkəməsinə göndərilib. 

Sabah (həftənin bazar ertəsi) sürücü barədə məhkəmə qərar qəbul edəcək.

Qeyd edək ki, sürücü və atası Ağdamda kondisioner ustasıdır. O, bu hərəkətlərini çılğınlıq adlandırıb və “cavanlıq” etdiyini deyib.