Portuqaliyada dəhşətli yanğının səbəbi açıqlandı

portuqaliyada-dehsetli-yanginin-sebebi-aciqlandi
Oxunma sayı: 637

Portuqaliyanın Pedroqao Qrande bölgəsində 18 iyunda başlayan yanğın nəhayət ki, tam söndürülüb.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, 62 nəfərin ölümünə səbəb olan dəhşətli yanğının ildırım düşməsi səbəbindən baş verdiyi açıqlanıb.

Havanın isti və küləkli olması səbəbindən yanğın geniş ərazilərə yayılmışdı. Yanğının söndürülməsi üçün 1000-dən çox yanğınsöndürən və 9 helikopter hadisə yerində çalışıblar.

Son məlumatlara görə, yanğın nəticəsində 26 min hektar ərazi külə dönüb.