Prezident 6 milyonluq lüks maşınları darmadağın etdirdi - Fotolar

prezident-6-milyonluq-luks-masinlari-darmadagin-etdirdi
Oxunma sayı: 11758

Filippin prezidenti Rodriqe Duterte yenidən müzakirəyə səbəb olan addım atıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident ölkəyə qanunsuz yollarla gətirilmiş lüks avtomobillərin darmadağın edilməsinə göstəriş verib. Dəyəri təxminən 6 milyon dollar olan maşınlar buldozerlə əzilib. Prosesi Duterte özü də izləyib. 

Xatırladaq ki, fevralda da Dutertenin göstərişi əsasında qanunsuz yolla ölkəyə keçirilmiş 20 lüks avtomobil yararsız hala salınmışdı.