Prezident baş konsulu geri çağırdı - Yeni təyinat

prezident-bas-konsulu-geri-cagirdi
Oxunma sayı: 7782

Azərbaycan Prezidenti İlham Əliyev Hüseyn Nizami oğlu Nəcəfovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqda sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, digər bir sərəncamla Rəşad Fail oğlu İsmayılov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının yeni baş konsulu təyin edilib.