Prezident Məhərrəm Əliyevə yüksək vəzifə verdi

prezident-meherrem-eliyeve-yuksek-vezife-verdi
Oxunma sayı: 6592

Azərbaycan Prezidenti İlham Əliyev Məhərrəm Əliyevə general-leytenant hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun AzərTac-a istinadən məlumatına görə, sərəncamda qeyd olunur ki, Məhərrəm Abış oğlu Əliyevə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, general-leytenant Məhərrəm Əliyev 14 il, 1993-2007-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.
1995-ci ildə Prezidentin fərmanı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. 2007-2011-ci illərdə isə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.