Ukraynanın tanınmış aktyoru, komediya ustası Vladimir Zelenski seçkidə qalib gəlib prezident oldu. Bu, tarixdə birinci hal deyil. Buna qədər prezidentlik kimi yüksək posta başqa aktyorlar və qeyri-peşəkar sahələrdən gələnlər də seçilib.
“Qafqazinfo” təhsil eksperti Kamran Əsədovun bununla bağlı maraqlı araşdırmasını təqdim edir:
Amerika Birləşmiş Ştatlarının 40-cı prezidenti Ronald Reyqan (1981-1989) idman şərhçisi, kinoaktyor olub. O, Kino karyerası ərzində 54 filmdə çəkilib.
Qvatemala aktyoru, prodüseri Cimmi Morales 2016-cı ildə seçkilərdə qalib gələrək ölkənin 50-ci prezidenti olub.
Kino aktyoru Joseph Estrada 1998-ci ildə Flippinin prezidenti olub. O 100 kinoda baş rolda çəkilib.
Liberyalı futbolçu George Weah 2018-ci ildən ölkəsinin prezidneti olub.
1968 və 1972 –ci illərdə Olimpiya oyunlarında qılıncoynatma üzrə çempion olan Pal Schmitt 2010-cu ildə Macarıstanın dördüncü prezidenti olub.
2017-ci ildə ABŞ-ın 45-ci prezidenti olan Donald Tramp Reality TV və NBC kanalının uzun müddət aparıcısı olub.
Musiqiçi Michel Joseph Martelly 2011-2016 –illərdə Haiti prezidenti olub.
Məşhur pianino ifaçısı, musiqiçi Vytautas Landsbergis 1990-cı ildə Litvanın ilk prezidenti olub.
Şair Leopold Sedar Senghor 1960-cı ildə Seneqalın ilk prezidenti olub.
Yazıçı Vaclav Havel 1989-cu ildə Çexiyanın ilk prezidenti olub.