Prezidentin fərdi təqaüdü 1450 manat oldu

prezidentin-ferdi-teqaudu-1450-manat-oldu
Oxunma sayı: 4765

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 2002-ci il 11 iyun tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.  
 
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən artırılaraq 1450 manat müəyyən edilib.