Prezidentin korteji 88 yaşlı kişini vurdu - Kiyevdə dəhşət + Video

prezidentin-korteji-88-yasli-kisini-vurdu
Oxunma sayı: 3036

Ukrayna prezidenti Petro Poroşenkonun korteji 88 yaşlı kişini vurub.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi paytaxt Kiyevdə baş verib.

Yol polisi yolun ortasında dayanaraq, kortejin rahat keçməsini təmin etmək üçün digər avtomobillərin hərəkətini tənzimləyən yaşlı kişi yola çıxıb. Kortejdə ən öndə sürətlə gələn avtomobil kişini vuraraq yerə sərib.

Polis isə bir müddət kişiyə müdaxilə etməyib və kortejdəki digər avtomobillərin keçməsini təmin edib.

Güclü zərbəyə baxmayaraq, kişi özü ayağa qalxa bilib. O, ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib.