Putin Yeltsini parodiya etdi - Video

putin-yeltsini-parodiya-etdi
Oxunma sayı: 6044

Rusiya prezidenti Vladimir Putin “Proyektoriya” forumunda çıxışı zamanı ölkənin ilk prezidenti Boris Yeltsinlə bağlı xatirəsini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, Putin Yeltsinin ona prezident olmaqla bağlı təklifindən danışıb: “Boris Yeltsin məni yanına çağırdı və dedi: “Sizin namizədliyinizi Dövlət Dumasında irəli sürmək istəyirəm. Əvəlcə baş nazir olmaq, daha sonra isə prezident seçkilərinə qatılmaq üçün. Razısınız?”. Dedim, “yox””. 

Putin Yeltsinin özünəməxsus insan olduğunu deyərək onu parodiya edib: “Nəyə görə”, deyə soruşdu. Cavab verdim ki,hələ hazır deyiləm”.

Putin daha sonra forum iştirakçılarına müraciət edərək daha tez uğura nail olmaq üçün həyatda arzuladıqları işi əvvəlcədən müəyyən etməyi məsləhət görüb.