Qadın sürücünün vurduğu piyada öldü

qadin-surucunun-vurdugu-piyada-oldu
Oxunma sayı: 1719

İyulun 20-də saat 1 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, Bakı şəhər sakini Nərminə Poladova idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən qəsəbə sakini Azər Bəyməmmədovu vurub. A.Bəyməmmədov xəstəxanaya aparılarkən yolda ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.