“Qadının yalnız soyadını dəyişmək olar” - Nazarbayevdən təbrik

qadinin-yalniz-soyadini-deyismek-olar
Oxunma sayı: 1642

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Akord şəhərində ictimaiyyətin qadın nümayəndələri ilə görüş keçirib.

“Qafqazinfo” Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, prezident qadınları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib:

“8 Mart  dünyamıza harmoniya və təravət gətirir. Güclü cinsin nümayəndələrinin yarısı ən səmimi hisslərlə sizi təəccübləndirməyə və şad etməyə çalışır. Ən azından, bunu sınaqdan keçririk. Sevən kişi başa düşməlidir ki, qadının yalnız soyadını dəyişmək olar. 

Deyilənə görə, 8 Martda sizə arzuladığınız hədiyyə alınmayıbsa, növbəti il onu daha yüksək səslə arzulayın”. 

Nazarbayev “Qadınlar çox gülürlər, buna görə də çox yaşayırlar” deyərək zarafatından da qalmayıb.