“Qadınlara qarşı zorakılıq cəmiyyətin bəlasına çevrilir” - Həyəcan

qadinlara-qarsi-zorakiliq-cemiyyetin-belasina-cevrilir-heyecan
Oxunma sayı: 641

Millət vəkili bir neçə gün əvvəl Bakıda bir ailədə ailə başçısının xanımını və qızını, Sumqayıtda isə bir kişinin öz xanımını qəddarlıqla öldürməsinin bütün cəmiyyətdə şok yaşatdığını deyib:

“Ailədaxili, məişət zorakılığının qurbanlarının sayı artır. Bu, ciddi problemə və cəmiyyətin bəlasına çevrilir. Öldürülən, xəsarət vurulan, təcavüzə məruz qalan, fahişəliyə cəlb olunan qadınlarla bağlı hər gün oxuduqlarımız bizi ciddi narahat etməlidir. Bunun üzərində hamımız ciddi düşünməli və addımlar atmalıyıq. Biz bu problemlərin kökünü, cəmiyyətdə artan aqressiyanın, qəddarlıq elementlərinin səbəblərini ciddi araşdırıb təhlil etməli, hökumət, QHT-lər, mətbuat və media ilə birgə səyləri daha da artırmalı, qadınlara qarşı zorakılıqla mübarizəni daha da genişləndirməliyik. Bu istiqamətdə bütün cəmiyyət, dövlət qurumları, qanunverici orqan, qeyri-hökumət təşkilatları, mətbuat və media birlikdə addım atmalı və bu xoşagəlməz halların daha böyük faciələrlə nəticələnməməsi üçün ciddi çalışmalıyıq. Ailələrdən başlayan bu problemlərin sonra cəmiyyətin probleminə çevrildiyini nəzərdən qaçırmamalıyıq", - millət vəkili Qənirə Paşayeva deyib.