“Qarabağ” İtaliyalı hücumçu transfer edir

qarabag-italiyali-hucumcu-transfer-edir
Oxunma sayı: 1224

“Qarabağ” heyətinə italiyalı futbolçu qata bilər. “Qafqazinfo” xəbər verir ki, bu hücumçu Nikola Citrodur.

İtaliya mətbuatının yazdığına görə, Ağdam klubu bu futbolçuya 3 illik müqavilə üçün 900 min avro təklif edib. Futbolçu özü bu təklifə razı olsa da, Azərbaycandan cavab gözləyir. 

O, hazırda B Seriyasında çıxış edən “Trapani” klubuna məxsusdur.