“Qarabağ”dan əzmkar qələbə

qarabagdan-ezmkar-qelebe
Oxunma sayı: 2145

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Qarabağ” bu gün ikinci yoxlama matçına çıxıb.
 
“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası Çexiyanın yüksək liqa təmsilçiisi “Bohemians” klubu ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.
 
Qeyd edək ki, ilk sınaq oyununda Macarıstan “Uypeşt”inə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi yanvarın  23-ü Polşanın "Piast", 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klubları ilə üz-üzə gələcək.
 
19 yanvar
Yoxlama oyunu
 
18:00. “Qarabağ” (Azərbaycan) – “Bohemians” (Çexiya) - 3:1
Qollar: Filip Ozobiç, 36, Donald Gerye, 62, Slavçev, 90
Antalya. “Gloria Sport Arena”
 
"Qarabağ"ın start heyəti: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 8. Miçel, 10.Dani Kintana,  11. Mahir Mədətov,  14. Rəşad Sadıqov (k),  17. Abdullah Zubir, 19.Filip Ozobiç, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 77. Donald Gerye.