Qəbul qaydaları açıqlandı

qebul-qaydalari-aciqlandi
Oxunma sayı: 647

Qəbul qaydalarına əsasən - Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq. Abituriyentlər TQDK tərəfindən təyin olunacaq vaxtda internet vasitəsilə TQDK-nın rəsmi saytında “Abituriyentin elektron ərizəsi”ni dolduraraq, müvafiq sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Qəbul imtahanları keçirildikdən sonra müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər “Elektron ərizə”lərində qəbul olmaq istədikləri ixtisas kodlarını qeyd edəcəklər.

¬Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı proqramları - TQDK-nın nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlarda aparılan təhlillər, müzakirələr nəticəsində 2013/2014-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrinə, eləcə də hərbi liseylərə qəbul imtahanlarının proqramları hazırlanıb. Proqramlar qüvvədə olan məktəb proqramlarına və dərsliklərə tamamilə uyğun tərtib olunub.
¬Jurnalın bu sayında yeni test modelləri dərc edilib. Abituriyentlər bu testlər vasitəsilə öz hazırlıq səviyyələrini yoxlaya, növbəti qəbul imtahanlarında onlara təqdim olunacaq sualların çətinlik səviyyəsini müəyyənləşdirə bilərlər.

2012-ci ildə test bloklarına iki fənn üzrə açıq tipli test tapşırıqları daxil edilib. Bu il də bütün qruplarda iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 5-i açıq tipli olacaq: I ixtisas qrupunda – riyaziyyat və fizika; II ixtisas qrupunda – riyaziyyat və coğrafiya; III ixtisas qrupunda – riyaziyyat və tarix; IV ixtisas qrupunda – riyaziyyat və kimya fənlərində açıq tipli test tapşırıqlarından da istifadə ediləcək.

Bundan əlavə, TQDK tərəfindən 2013-2014-cü tədris ili üçün Azərbaycan RFespublikasının ali təhsil müəsissələrinin bakalavr və magistr səviyyələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının günləri də təyin edilib. Sınaq imtahanları 7,14,21,28 aprel, 5, 12,26 may tarixlərində keçirələcək. Ali təhsil müəssisələrinə ərizə qəbulu 9aprel-15 may, təsdiqlənməsi isə 15 aprel-17 may tarixlərində olacaq. Rus bölməsi üzrə Azərbaycan dili imtahanının 1-cisində iştirak etmək istəyənlər üçün ərizə təsdiqinin son günü mayın 8-də bitir. Rus bölməsi üzrə Azərbaycan dili imtahanı 1-ci mərhələsi may 19-da Bakıda və bölgə mərkəzlərində, 2-ci turu isə iyunun 23-də yalnız Bakı şəhərində keçirələcək. Hərbi liseylərə ərizə qəbulu 15 aprel-25 iyun tarixləri arasında baş tutacaq. Magistraturaya sınaq imtahanı 17 fevral, ərizə qəbulu 11-22 fevral, 1-ci mərhələnin imtahanı martın 3, proqram seçimi 3-11 iyun, qəbul imtahanın II mərhələsi 23 iyun, ixtisaslaşama seçimi isə 26-28 iyun tarixlərində olacaq. Ali təhsil müəssisələrinə ixtisas seçimi 6-15 avqust tarixlərində olacaq. Rezidenturaya qəbul imtahanı isə 9və 10 sentyabrda baş tutacaq.

Günel