Qətərli biznesmendən ölkəsinə jest - Təyyarə ilə 4 min inək

qeterli-biznesmenden-olkesine-jest
Oxunma sayı: 826

Qətərli biznesmen Mutaz əl-Hayat ölkədə süd qıtlığının qarşısını almaq məqsədilə xaricdən inək alacaq.

“Qafqazinfo” Haberler-ə istinadən xəbər verir ki, iş adamı Avstraliya və ABŞ-dan aldığı 4 min inəyi təyyarə ilə Qətərə gətirəcək.

Yarım tondan artıq çəkisi olan xüsusi cins inəklər 60 reys uçuşla daşınacaq.

Qeyd edək ki, “Körfəz böhranı” səbəbindən Qətərin qonşu dövlətlərlə əlaqəsi kəsilib. Səudiyyə Ərəbistanı başda olmaqla digər Körfəz ölkələri Qətərə ərzaq ixracını dayandırıblar.

Qətər qıtlığın qarşısını almaq üçün Türkiyə, İran və digər müttəfiq ölkələrdən tonlarla qida idxalına başlayıb. Uçuşlar yalın İran hava məkanından istifadə etməklə həyata keçirilir.