“Qohum-əqrəbasından özünə sponsor tapır”

qohum-eqrebasindan-ozune-sponsor-tapir
Oxunma sayı: 1556


“Qafqazinfo” xəbər verir ki, bunu “Kaspi”yə müsahibəsində teleaparıcı Murad Arif deyib. O, bildirib ki, bu gün aparıcı olmaq su içmək kimi asan bir peşəyə çevrilib: “Televiziyada olan insan ağıllı bir veriliş fikirləşir, qohum-əqrəbasından özünə sponsor tapır, onun dəstəyi ilə kanala gəlir və pulunu verib efirə çıxır. Verilişi açandan sonra müğənniləri dalaşdırmağa başlayır. Açdığı verilişdə dəvət etdiyi qonaqlara hər hansı ifaçının onun haqqında dediklərini söyləyib, ondan açıqlama tələb edir. Filankəs sənə onu dedi, sən nə cavab verəcəksən? Kimi suallar verirlər. Efirlərdə bu kimi bəsit söhbətləri müzakirəyə çıxarırlar. Deyirlər ki, mənim verilişimdə filankəs bəhmənkəsi yıxdı, sürüdü. Adlarını da qoyurlar ki, biz reytinq qırırıq. Təəssüf edirəm ki, bu gün televiziya məkanında belə hallar tez-tez yaşanır və bu şəkildə aparıcı olmaq çox asandır”.