“Qolumu arvadımın çiyninə qoymaq istəyirəm, boyum çatmır”

qolumu-arvadimin-ciynine-qoymaq-isteyirem-boyum-catmir
Oxunma sayı: 2563

Məşhur türkiyəli müğənni Serdar Ortaç həyat yoldaşının uzunboylu olmasından gileylənib.

“Qafqazinfo” xəbər verir ki, yürüyüş əsnasında jurnalistlərlə qarşılaşan müğənni daha uzunboylu olmaq istədiyini söyləyib.

“Bir daha dünyaya gəlsəm, uzunboylu olmaq istəyərəm. Qolumu həyat yoldaşımın çiyninə qoymaq istəyirəm, boyum çatmır. Çünki Chole məndən 10 sm uzundur”.

Qeyd edək ki, Serdar Ortaçın boyunun uzunluğu 167 sm, Choleninki isə 177 sm-dir. Cütlük 2014-cü ildə evlənib.