Qondarma Luqansk Xalq Respublikasının rəhbəri istefa verdi

qondarma-luqansk-xalq-respublikasinin-rehberi-istefa-verdi
Oxunma sayı: 1425

Ukraynada qondarma Luqansk Xalq Respublikasının (LXR)  rəhbəri İqor Plotnitski istefa verib.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, o, səhhəti ilə əlaqədar istefaya gedib. Bu barədə Luqanskın Dövlət Təhlükəsizlik Nazirliyinin başçısı Leonid Paseçnikin bəyanatında bildirilir.

O, həmçinin qeyd edib ki, yeni seçkilər keçirilənə qədər LXR-ə rəhbərlik edəcək.