Qonşusunu bıçaqlayan saxlanıldı

qonsusunu-bicaqlayan-saxlanildi
Oxunma sayı: 646

Ağcabədi rayonunda kəndlilər arasında insident yaşanıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, martın 3-ü gecə radələrində Ağcabədi rayon Hüsülü kəndi ərazisindən Rey Rüstəmov kəsilmiş-deşilmiş yaralarla rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralıya tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Münaqişə zəminində həmkəndlisinə xəsarət yetirməkdə şübhəli bilinən Elçin Verdiyev saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Murad Əhməd