Quba-Xaçmaz bölgəsində fitosanitar vəziyyətlə bağlı regional müşavirə keçirilib

Quba-Xaçmaz bölgəsində fitosanitar vəziyyətlə bağlı regional müşavirə keçirilib
Oxunma sayı: 486

Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Quba rayonunda “Fermer evində”  Xidmətin yerli qurumlarının - rayon bitki mühafizəsi mərkəzləri və bitkilərin karantini məntəqələrinin əməkdaşlarının, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin elmi - tədqiqat institutlarının və regional bölmələrinin nümayəndələrinin, torpaq mülkiyyətçiləri və fermerlərin  iştirakı ilə “Quba-Xaçmaz bölgəsində fitosanitar vəziyyət, yastıcalar əleyhinə mübarizəninin səmərəliliyinin artırılması və pestisidlərin tətbiqi zamanı qarşıya çıxan problemlər” mövzusunda regional müşavirə keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Quba rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Allahverdi Xudaverdiyev çıxış edərək bildirib ki, artıq neçə ildir ki, davamlı olaraq kənd təsərrüfatında mühüm islahatlar həyata keçirilir. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev sahibkarlığın inkişafına verilən dövlət dəstəyi və bu sahədə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər, həmçinin ixrac potensialının gücləndirilməsi, idxaldan asılılığın azaldılması, davamlı ərzaq təhlükəsizliyinin  təmin edilməsi barədə ətraflı məlumat verib. Həmçinin, bölgədə mövcud fitosanitar vəziyyəti ətraflı təhlil edərək, aqrobiosenoza pestisid təzyiqinin azaldılması istiqamətində mövcud problemlərin həlli yollarını göstərib.

Dövlət Xidmətinin rəis müavini Yaqub Cəfərov “Koliforniya çanaqlı yastıcasının bioekoloji xüsusiyyətləri və ona qarşı səmərəli mübarizənin təşkili”, Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin direktorunun müavini Aqil Qasımov “Azərbaycanın meyvə bağlarında rast gəlinən karantin əhəmiyyətli zərərli orqanizmlər”, Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi  Daməd Sultanov isə “Kimyəvi mübarizə tədbirlərinin tətbiqi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında məruzələr ediblər. 

Tədbirin sonunda iştirakçılara kənd təsərrüfatı bitkilərinin zərərvericiləri barədə bukletlər paylanılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi