Qubad İbadoğlu Avropada tədbirə qatılıb

qubad-ibadoglu-avropada-tedbire-qatilib
Oxunma sayı: 663

Mərkəzin İctimaiyyətlə əlaqələr departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, qurultayda ALDA-nın ötən dövr ərzində proqram və maliyyə hesabatı təqdim olunmalı, eyni zamanda 2020-ci ilədək strateji planı müzakirə edilməlidir.

Məlumat üçün qeyd edək ki, İTM Azərbaycanda Avropa Yerli Demokratiya Asossasiyasına üzv olan yeganə yerli təşkilatdır. ALDA 1999-cu ildə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi tərəfindən təsis edilib. Təşkilatın mərkəzi ofisi Strasburqda yerləşir. Qurumun hazırda Avropanın 30 ölkəsindən olan 150-dən çox üzvü var. Qurumun üzvləri bələdiyyələr, bələdiyyə assosiasiyaları və bu istiqamətdə fəaliyyət göstərən QHT-lərdir.

Q. İbadoğlu daha sonra iyulun 9-da “Demokratiya üçün könüllülər” beynəlxalq konfransına da qatılacaq. Konfransda yerli demokratiya məsələləri, bələdiyyələrin yerli demokratiyanın inkişafında rolu, yerli idarəetmədə şəffaflığın, hesabatlılığın və iştirakçılığın artırılmasının perspektivləri müzakirə olunacaq.

Nigar Məmmədli