Ramil Usubov ABŞ səfiri ilə görüşüb

ramil-usubov-abs-sefiri-ile-gorusub
Oxunma sayı: 1135

Daxili İşlər naziri Ramil Usubov aprelin 25-də ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqeri qəbul edib.

DİN-dən "Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, müstəqilliyin əldə edilməsindən sonra ölkəmizin ABŞ ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdıran Ramil Usubov qarşılıqlı hörmət və etimada əsaslanan, hər iki dövlətin milli maraqlarına cavab verən əlaqələrin bu gün də bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

Qeyd olunub ki, Azərbaycanda kriminogen durmun nəzarət altına alınması, ölkə vətəndaşlarının, əcnəbilərin, o cümlədən xarici investorların təhlükəsizliyinin təmin olunması və onlar üçün əlverişli şəraitin yaradılması məqsədilə önəmli addımlar atılıb.

Ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətlərindən biri kimi qlobal təhlükəsizlik və terrorçuluqla mübarizə məsələsinə toxunan nazir xüsusilə 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra ABŞ-la strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndiyini nəzərə çatdırıb, antiterror koalisiyasında yer alan dövlətimizin bu təhlükəli bəlaya qarşı birgə mübarizəyə öz töhfəsini verdiyini qeyd edib.

Səfir Örl Litzenberqer cinayətkarlıqla mübarizənin bir sıra istiqamətləri, o cümlədən terrorçuluğa, insan alverinə qarşı mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərin Birləşmiş Ştatlar tərəfindən müsbət qiymətləndirildiyini bildirib.