Rəqsanə iş başında- Fotolar

reqsane-is-basinda-fotolar
Oxunma sayı: 654

“Qafqazinfo” xəbər verir ki, Türkiyənin tanınmış fotoqrafı, Sibel Can və bir sıra sənətçilərlə işləyən Günəş Kazdalın kamerası qarşısına keçən Rəqsanəyə qızı Aysunda yaxından köməklik edib. Foto çəkimlərinin stilingini aparan Aysun anasına geyim seçimində özünün də hazırladığı geyimlərdən istifadə edib. Rəqsanənin obrazı üzərində tanınmış body-art və make-up mütəxəssis Murad Kəsər çalışıb. İddialı geyimləri ilə diqqət çəkəcəyini bildirən müğənni inşaat materiallarından hazırlanan geyim geyinib. Bu barədə yaxınlarda açıqlama verəcək Rəqsanə geyimində mismarlardan istifadə olunduğunu bildirib.

5 mahnıdan ibarət sinqla daxil olan musiqilərin hamısı Rəqsanəyə aiddir. Sinqla müğənninin vaxtiylə məşhur mahnısının remiks versiyasıda daxil ediləcək.

İyun ayının ilk həftəsi sinqlın çıxış mahnısına klip çəkdirəcək Rəqsanə tanınmış rejissor Eyup Dirliklə əməkdaşlıq edcək. 70 nəfərdən ibarət komandayla çalışılacaq klipin hansı mahnıya çəkiləcəyini açıqlamayan müğənni klipi üçün xüsusi dekorun hazırlandığını da bidirib.
Bununla yanaşı, Rəqsanə qızının 80 geyimdən ibarət moda nümayişinə də hazırlıqlarına başlayıb. Qeyd edək ki, dizaynerliklə məşqul olan Aysunun moda nümayişi Bakıda keçiriləcək.