Ruhani tələbələrdən akademik Rafiq Əliyevə dəstək

ruhani-telebelerden-akademik-rafiq-eliyeve-destek
Oxunma sayı: 653

Tələbələrin “Qafqazinfo”ya ünvanladığı bəyanatda bildirilir ki, ölkəmizin ağır günlərində haqsızlıq dalğalarının haqq deyən insanları bir-bir udduğu vaxtda xalqın ləyaqətli ziyalı övladları bir araya gəldilər: “Onlar ölkəmizdə mövcud problemləri bir güzgü şəffaflığı ilə iqtidara göstərdilər. Təəssüflər olsun ki, iqtidar islahatlar əvəzinə bu güzgünü qırmaq qərarına gəldi. Azərbaycanın görkəmli alimi akademik Rafiq Əliyev vəzifəsindən azad edildi.

Böyük alimə olan hörmətsizliyi Azərbaycan xalqının gələcəyinə ciddi zərbə kimi qiymətləndirir, qəti şəkildə etirazımızı bildiririk və xalqı susmamağa çağırırıq.
İqtidara isə bildiririk ki, hələ gec deyil. Öz səhvlərini etiraf edib, şərləmə kampaniyalarına son qoysun”.