Ruhanilərin attestasiyası aparılacaq

ruhanilerin-attestasiyasi-aparilacaq
Oxunma sayı: 644

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə məlumat verib.

Onun sözlərinə görə, 2009-cu ilin avqustunda “Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu”na edilmiş əlavə və dəyişikliklərə müvafiq olaraq attestasiya bölgələrdə dindarlar üçün təşkil olunur və keçirilir. Bu dəfə baş tutacaq tədbirin keçirilmə yeri Salyan rayonunun Hacı Tağı məscidi olacaq.

QMİ nümayəndəsi bildirib ki, ötən il imtahan verən 135 dindardan yalnız 56 nəfəri attestat alıb. Belə ki, ruhanilərdən Biləsuvarda 7, Cəlilabadda 20 nəfər olmaqla dini ayinlərin icraçısı, Masallıda 1 nəfər axund, 12 nəfər dini ayinlərin icraçısı, Lənkəranda 5 nəfər axund, 7 nəfər dini ayinlərin icraçısı, Astarada 1 nəfər imam, 2 nəfər dini ayinlərin icraçısı, Lerikdə isə 1 nəfərə axund vəsiqəsi təqdim olunub.

SalamNews