Rusiya Türkiyə ilə Su-35 və ya Su-57 qırıcılarının təchizatı məsələsini müzakirə edir.
“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə MAKS-2019 beynəlxalq hava nəqliyyatı və kosmos sərgisində iştirak edən Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitri Şuqayev açıqlayıb. Onun sözlərinə görə, Ankara bu məsələyə böyük maraq göstərib: “Mənim həmkarım cənab Dəmirlə danışıqlarım olacaq. Müqavilə haqqında danışmaq hələ tezdir. Məsləhətləşmələr edilməlidir”.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər