Rusiyada etiraz aksiyaları başladı

rusiyada-etiraz-aksiyalari-basladi
Oxunma sayı: 641

“Media forum” saytı xəbər verir ki, dekabrın 5-i axşam saatlarında paytaxt Moskvada və Sankt-Peterburqda sanksiyalaşdırılmamış etiraz aksiyaları keçirilib. Müxalif fəalların təşkil etdiyi aksiyalarda siyasi hakimiyyət və Mərkəzi Seçki Komissiyası 4 dekabr seçkisini saxtalaşdırmaqda günahlandırılıb. Polis aksiyaları dağıdıb. Moskvada 300-dək, Sankt-Peterburqda 60-dan çox adam tutulub.

İlkin nəticələrə görə, Rusiya Dövlət Dumasına seçki hakim Vahid Rusiya Partiyasının qələbəsi ilə başa çatıb. Bu qurum 450 nəfərlik Dövlət Dumasında 238 deputatla təmsil olunacaq. Kommunist Partiyası 92, Ədalətli Rusiya Partiyası 64, Liberal Demokrat Partiyası 56 deputat yeri qazanıb.