“Rusiyaya hər zaman sadiqik” - Ermənistan

rusiyaya-her-zaman-sadiqik
Oxunma sayı: 1718

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə cavab verib.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Balayan bəyanatında hələ də Moskva ilə əvvəlki münasibətdə qaldıqlarını bildirib:

“Ermənistan hüquqi dövlət quruculuğu yolundadır. Buna görə də, korrupsiya ilə mübarizə konstitusion quruluşun əsas açarı olmalıdır. Bu proseslər isə Ermənistanın xarici siyasətinə qətiyyən təsir etməyəcək. Moskva ilə əlaqələrimizin möhkəmlənməsi və inkişafı prosesinə sadiqik”. 

Xatırladaq ki, Lavrov keçmiş prezident Robert Koçaryanın həbsindən sonra Ermənistanın yeni hökumətini öz sələflərinə toxunmayacağı vədini pozmaqda günahlandırmışdı.