Şabranda Amerika kəpənəyi aşkar edilib

sabranda-amerika-kepeneyi-askar-edilib
Oxunma sayı: 1766

Cari ilin may ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası ərazisində karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinə (Hyphantria cunea Drury, 1773) qarşı fitosanitar monitorinqlərə və mübarizə tədbirlərinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Astara, Lənkəran, Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində ümumilikdə 12550 hektar sahədə müşahidə işləri həyata keçirilib.

Müşahidələr nəticəsində Şabran rayonu ərazisində 0,6 ha sahədə 32 dekorativ bəzək ağacında zərərvericinin birinci nəslinə aid tırtıllar aşkar edilib və sirayətlənmiş budaqlar kəsildikdən sonra sahədən kənarda yandırılma yolu ilə məhv edilib.